Page title reserv

az

az ru en

az

az ru en
Şəhər

Baki

  • Baki
Sifarişlər şəhər daxilində həyata keçirilir.
Favoritlər 0

Qaydalar

PharmaStore apteklər şəbəkəsi  hər zaman müştərilərin rahatlığını düşünərək növbəti  irəliləyişə imza ataraq öz məhsul satışlarını onlayn şəkildə həyata keçirməsinə qərar verdi. Belə ki, saytımızda istehlakçılar tərəfindən ödənişlər qeydiyyatsız şəkildə istənilən növ plastik kart hesabı vasitəsilə yerinə yetirilə bilər. İstehlakçıların onlayn alış barədə olan aşağıdakı qaydalar ilə tanış olmaları  xahiş olunur.   

 

 

Qaydalar və şərtlər

 

1.1. Saytımız vasitəsilə onlayn ödəniş həyata keçirən  zaman istifadəçilərə məxsus istənilən növ plastik kartlarından 3 əsas məlumatların daxil edilməsi tələb edilir.

1.2. Birinci addımda kartın üzərində yerləşən 16 rəqəmli nömrə daxil edilir.

1.3. İkinci addımda kartın aşağı küncündə yerləşən və onun etibarlılıq müddətini müəyyən edən tarixi yəni ay və ilin son iki rəqəmi daxil edilir.

1.4. Üçüncü addımda kartın arxa tərəfində 3 rəqəmdən ibarət olan və kart sahibinin imzası hesab edilən Authorized Signature (CSC) rəqəmi daxil edilir.

 

 

Qaytarılma və ləğv edilmə qaydaları 

 

2.1. Kart məlumatlarında yanlışlıq olan zaman və ya balansda alış üçün kifayət qədər məbləğ olmadıqda, eləcə də saytda baş verən hər hansı texniki nasazlıqlar səbəbindən ödənişlər həyata keçirilmir. 

2.2. Kart sahibi tərəfindən məhsulun satış qiymətindən artıq məbləğdə ödəniş olunarsa o zaman artıq ödənilmiş məbləğin qaytarılması üçün Müştəri xidmətləri tərəfindən operativ tədbirlər görülür. 

2.3.Uğurlu ödəniş zamanı yekunda istehlakçıya saytda bildiriş şəklində məlumat verilir.  

 

Məxfilik

 

3.1.Saytda kart sahibinin daxil etdiyi məlumatlar məxfi hesab edilir və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla həmin məlumatların yayılması qadağan olunur.  

3.2. Əməliyyatların məxfilik və təhlükəsizliyinə tam zəmanət verilir. Hər hansı problem yaranacağı təqdirdə isə Müştəri xidmətləri tərəfindən operativ dəstək göstərilir. 

3.3. Kart sahibi onlayn alış zamanı şəxsi kart məlumatlarını daxil edərkən onu kənar şəxslərdən gizli surətdə həyata keçirməli, həmin məlumatları heç kimə bildirməməlidir.

#Random goods Məhsul alış-veriş səbətinə əlavə edildi